Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 18:56
NATO və Britaniya qüvvələrinin Kabili nəzarətə götürməsi hesabda yoxdur.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
"ABŞ qalmaq niyyətində olmadığını açıqca bildirdi və bu bizi çətin seçimlər qarşısında qoyur. Bu müddət ərzində bu mövzuda olduqca dürüst oldum", - deyə Uolles bildirib.
O, Talibanı Əfqanıstan hökuməti olaraq tanıyıb-tanımayacağına qərar vermək üçün hələ doğru zaman olmadığını vurğulayıb:
"Bu qərarların verilməsindən öncə ediləcək çox şey olduğunu düşünürəm".