Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əyani tədrisin bərpa olunması zəruridir - VİDEO

Əyani tədrisin bərpa olunması zəruridir - VİDEO

Tarix: 18 Avqust 2021 12:02

Onlayn tədris bir sıra problemlərə yol açıb - Əyani tədrisin bərpa olunması zəruri hesab edilir
Onlayn təhsildə keyfiyyət, nəticə yoxdur. Xüsusilə ibtidai sinif şagirdləri arasında oxuma və yazma bacarıqları ciddi şəkildə aşağı düşüb, şagirdlərin fiziki inkişafında ciddi qüsurlar ortaya çıxıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, ibtidai sinif şagirdlərinin 65%-də görmə, eyni zamanda onurğa sütunlarında problem yaranıb. Aparılan monitorinqlərin nəticəsinə əsasən, 6 ay ərzində şagirdlərin çəkisi 3-12 kiloqramadək artıb. Eyni zamanda şagirdlərin bir-biri ilə ənənəvi ünsiyyət qabiliyyəti də itib.

Ekspert deyib ki, hazırda ibtidai sinif şagirdlərinin sayı 640 min nəfərdir və onlara oxumağı, dinləməyi, anlamağı onlayn qaydada öyrədə bilmərik. Onlarla mütləq şəkildə fərdi iş olmalıdır.

Kamran Əsədov hesab edir ki, hazırda ölkəmizdə kütləvi tədbirlər keçirilirsə, məktəblərin ənənəvi tədrisə qayıtmasında da heç bir problem olmamalıdır.

Ekspert onu da qeyd edib ki, ölkəmizdə bu günə olan rəqəmlərə görə, 6 milyon nəfərə yaxın insan vaksinasiya olunub. Təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb, avadanlıqlar quraşdırılıb. İnsanlar pandemiya dövründə yaşama vərdişlərinə yiyələnib. Bütün bunlar nəzərə alınaraq ənənəvi təhsilin keçirilməsi daha məsləhətdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  Əyani tədrisin bərpa olunması zəruridir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ