Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda poliklinikada mübahisə düşüb, polis çağırılıb

Bakıda poliklinikada mübahisə düşüb, polis çağırılıb

Tarix: 18 Avqust 2021 17:50

Sosial şəbəkələrdə 16 saylı poliklinikada peyvənd üçün müraciət edən vətəndaşlar tərəfindən çəkilmiş videogörüntülər yayılıb. İddia olunur ki, poliklinikada çalışan həkim tərəfindən vətəndaşlarla kobud davranılır.

Videonu çəkən şəxs iddia edir ki, tibb işçisi TƏBİB-i, elektron qaydada götürülmüş növbəni nəzərə almayaraq özü yerində növbə yazır: "Bu xanım peyvənd olunmaq üçün növbə götürən şəxslərə "Mən TƏBİB saymıram. Burada növbəni mən verirəm" deyir. Bu, özbaşnalıqdır".

Sonxeber.net bildirir ki, "Qafqazinfo" səslənən ittihamlarla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, problem vətəndaşların poliklinikada növbəsiz vaksinasiya olunmaq istəmələri səbəbindən yaranıb:

"Nazim və Nadim adında iki nəfər 16 nömrəli Şəhər Poliklinikasına vaksinasiya üçün növbəsiz daxil olmaq istəyiblər. Qeydiyyat şöbəsində əyləşən xanım onlara növbələrini təqdim edib və növbədə gözləmələrini bildirib. Həmin vətəndaşlar qeydiyyatçı xanımı təhdid etməyə başlayıblar və "siz bilmirsiniz biz kimik, növbəsiz keçəcəyik" kimi ifadələr işlədərək kobud davranmağa başlayıblar. Hətta xanımı lağa qoyaraq gülüblər. Nəticədə mübahisə düşüb və hadisə yerinə polis əməkdaşları çağırılıb. Nizam-intizamı pozan vətəndaşlar polis əməkdaşlarının köməkliyi ilə poliklinikadan uzaqlaşdırılıblar.

Qeydiyyatçı xanım səhiyyə qurumlarına qarşı heç bir ifadə səsləndirməyib. Hadisə yerində olan İcra Hakimiyyəti nümayəndəsi də polis əməkdaşları ilə söhbət zamanı bunu təsdiqləyib".


Etiketlər:  Bakıda poliklinikada mübahisə düşüb polis çağırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ