Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 22:38
1993-cü il təvəllüdlü Abşeron rayon sakini Ağayev Orxan Adil oğlu Xəzər dənizinin Sumqayıt sahilində batan şəxsi xilas edərkən batıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 28 yaşlı gəncin idmançı olduğu bildirilir.
İdmançı batan şəxsi xilas etsə də, özü boğulub.
Onun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.