Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 10:48
Əfqanıstanın gənclərdən ibarət milli futbol komandasının üzvü Zəki Anvari ölkədən qaçmaq istəyərkən vəfat edib.
Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə jurnalist Babak Taqvae özünün tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, idmançı havaya qalxan Amerika hərbi təyyarəsinin kənarından tutmağa çalışanlardan biri olub.
Jurnalist qeyd edib ki, Anvarinin bədənin qalıqları təyyarənin şassisində aşkarlanıb.