Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada ağır yol qəzasında bir avtomobildə olan 4 nəfər ölüb

Rusiyada ağır yol qəzasında bir avtomobildə olan 4 nəfər ölüb

Tarix: 19 Avqust 2021 11:06

Rusiyanın Novosibirsk vilayətinin P-254 magistral yolunda ölümlə nəticələnən ağır qəza baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə zamanı 3 avtomobil toqquşub.

Bölgə yol polisinin yaydığı məlumata görə, "Scania" markalı yük maşınının sürücüsü Omskdan Novosibirsk istiqamətində magistral yolda təhlükəsiz məsafəni qoruya bilməyərək "Toyota Camry"yə çırpılıb. Zərbənin gücündən "Toyota" işıqforun qarşısında dayanan "Mercedes" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində bir avtomobildə sürücü də daxil olmaqla 4 kişi ölüb.

Ölənlərin kimliyi müəyyənləşdirilir.


Etiketlər:  Rusiyada ağır qəzasında avtomobildə olan nəfər ölüb


RƏYLƏR