Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 13:48
"Taliban" Əfqanıstan həbsxanalarındakı siyasi məhbusların azad olunması ilə bağlı qərar qəbul edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Taliban" sözçüsü Qari Yusif Əhmədi bildirib.
"İslam Əmirliyinin Ali Rəhbəri Şeyx Əl-Hədis Heybətulla Axundzadə (Hafizulla) siyasi məhbusların həbsxanalardan buraxılması barədə göstəriş verib. Vilayətlərin rəhbərləri ölkə həbsxanalarında olan bütün siyasi məhbusları qeyd-şərtsiz azad edəcək və ailələrinə təhvil verəcək", - deyə o vurğulayıb.