Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 13:44
Goranboyda mal-qara arasında xəstəlik yayılıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, heyvanlar xəstəliyə tutulandan 1-2 sonra tələf olurlar.
Heyvan sahiblərinin sözlərinə görə, xəstəlik səbəbindən mal-qara ot yemir, su içmir, bir müddət sonra isə bədənin müxtəlif hissələrində şiş yaranaraq ölür. Xəstəlik çox sürətli getdiyindən yoluxmuş heyvanları müalicə etmək çətin olur. Rayonda artıq 15 baş heyvan xəstəlikdən tələf olub.
Rayon baytarlıq idarəsindən verilən məlumata görə, xəstəlik yayılan kənddə artıq peyvəndləmə işi aparılıb.
Mütəxəssislər hesab edirlər ki, peyvəndləmədən sonra mal-qaranın tələf olmasının qarşısı alınacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: