Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya silahlarının ''metalloma'' çevrilməsini istəyirsə, Ermənistana ötürsün

Rusiya silahlarının ''metalloma'' çevrilməsini istəyirsə, Ermənistana ötürsün

Tarix: 21 Avqust 2021 11:00

"Ermənistan Rusiya üçün müttəfiq dövlətdir. Onlar arasında ikitərəfli sazişlər var, o cümlədən hərbi əməkdaşlıqla bağlı imzalanan sazişlər var. Bu sazişlər əsasında Rusiya Ermənistana müəyyən dəstək həyata keçirir, o cümlədən hərbi-texniki cəhətdən".

Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Ermənistanın maraqlarından çıxış etmək Rusiyanın ziyanına işləyər:

"İş orasındadır ki, digər yandan biz görürük ki, Ermənistana verilən hərbi dəstək son nəticə etibarilə Azərbaycana qarşı işlədilir və nəinki Azərbaycana qarşı işlədilir, eyni zamanda 10 noyabr 2020-ci ilə qədər Rusiya bu silahları Ermənistana ötürdüyü zaman İrəvan da sepratçılara onu ötürürdü və nəticə etibarilə bu silahlar Azərbaycana qarşı istifadə olunurdu. Təəssüflər olsun ki, son hadislər göstərir ki, yenə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə hərbçilər gətirilir və bu fonda Ermənistanın silahlanması onu göstərir ki, bu silahlar tezliklə Azərbaycana qarşı istifadəyə yönələ bilər, risklər, təhdidlər var. Ona görə, biz narahatıq və bu narahtlığımızın əsası var. Digər tərəfdən isə Rusiya istəyir ki, Azərbaycan-Ermənistan tərəfləri arasında müəyyən balans yaratsın. 30 il ərzində Rusiya Ermənistanı da silahlandırırdı, Azərbaycana da silah satırdı, heç bir balans-filan yaratmayıb. 44 günlük müharibə göstərir ki, bu ölkə ilə Azərbaycan arasında nə nəzəri, nə praktiki baxımından balans yaratmaq olmayacaq. Necə ki, Çin kimi nəhənglə Taylandı müqayisə etmək mümkünsüzdür. Çünki güc nisbiliyi və digər parametrlər baxımından bunu bacarmaq mümkün deyil. Əslində Rusiya bax bu zərərli təcrübəni aradan qaldırmalıdır. Nə balansı? Ermənistana nə silah verilirsə, nəticə etibarilə Azərbaycan onu "mettalloma" çevirir. Əgər onlar bunu istəyirlərsə, biz bunu təkrarlaya bilərik. Amma hadisələr göstərir ki, bu, Rusiyanın nüfuzuna zərər gətirir. Baxın, elə "İsgəndər" raketləri ilə bağlı olan hadisələri. 

Meymunun əlinə tapança ver, onu sahibinə qarşı da çevirə bilər. Bax, Ermənistan da o cür davranış sərgiləyəcək xarakterə sahibdir və nəinki Azərbaycana, elə Rusiyanın özünə də ciddi təhlükə törədəcəkdir. Ona görə də bu təcrübədən çəkinmək lazımdır. Bu arada, Ermənistanı silahlandırmaqla heç kəs heç nəyə nail ola bilməz.  

Rusiyanın bu siyasətinin axırı nədir?

Rusiya Ermənistanı silahlandıracaq, Türkiyə bizi silahlandıracaq, gedəcəyik İsraildən, Pakistandan, digər ölkələrdən silah alacağıq. Nəticə etibarilə kimin maraqları udur?! Rusiya istəyinə çatacaqmı? Digər oyunçular regionda hərbi, siyasi baxımdan güclənəcək. Ümumiyyətlə hansısa kiçik və öz maraqlarını dərk edə bilməyən ölkə ilə bu cür münasibətlər qurmaq Rusiyaya lazımdırmı? Prezident İlham Əliyev də son müsahibələrdə, açıqlamalarda onu deyir ki, biz Rusiya ilə münasibətlərin əleyhinə deyilik, hətta Rusiyanın bölgədəki normal sülhməramlı potensialını görürük. 

Biz Rusiyanı özümüzə düşmən etmək istəmirik, amma Ermənistan istəyir ki, biz Rusiya ilə düşmən olaq. Ona görə, bu məsələdə Rusiya götür-qoy etməlidir, öz maraqlarını ortalığa qoymalıdır. İlk növbədə öz maraqlarını ortaya qoymalıdır, Ermənistanın maraqları ilə burada çıxış etmək, bu regionda hansısa işlər görmək Rusiyanın marağında deyil, bunu təcrübə göstərir. 

Gec-tez haqq-ədalət öz yolunu tapacaq. Çünki nə qədər də Ermənistanı Azərbaycana qarşı kimsə silahlandırsa, Azərbaycan ondan zəif olmayacaq. Azərbaycan məğlub olmayacaq, uduzan o tərəf olacaq ki, Ermənistanı silahlandırır və havadarlıq edir".

Təhməz Əsədov


Etiketlər:  Rusiya silahlarının metalloma çevrilməsini istəyirsə Ermənistana ötürsün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ