Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad olunmuş ərazilərdə hansı işlər aparılır? - VİDEO

Azad olunmuş ərazilərdə hansı işlər aparılır? - VİDEO

Tarix: 23 Avqust 2021 14:24

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sürətli bərpa-quruculuq işlərini aparması bölgəyə investisiya cəlbi ilə yanaşı hərbi möhkəmlənməni də təmin edəcək.

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri  çərçivəsində qurulan infrastrukturun önəminə diqqət çəkməsi yenidənqurma işlərinin daha da sürətli şəkildə icra ediləcəyindən xəbər verir. Dövlət başçsının qeyd etdiyi kimi cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü, əzmkarlığımızı, güclü siyasi iradəni göstərir. Yeni hava limanları və yeni qurulan yollar iqtisadi səmərəliliklə yanaşı hərbi məqsədlər üçün də geniş imkanlar tanıyır.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Cavid Osmanov deyib ki, aparılan planlı işlərin sürətli şəkildə həyata keçirilməsi öz torpaqlarından didərgin düşmüş həmvətənlərimizin qayıdışı üçündür. Xüsusilə enerji və nəqliyyat infrastrukturunun müasir tələblər çərçivəsində qurulması gələcəkdə bu ərazilərə qayıdışın daha effektiv və tez reallaşmasını təmin edəcək.

Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı bütün işlər plan üzrə gedir. Xüsusilə də tezliklə istifadəyə veriləcək Füzuli hava limanı, eləcə də Laçın və Zəngilan areportları böyük qayıdışı daha da tezləşdirəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  Azad olunmuş ərazilərdə hansı işlər aparılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ