Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyrək çatışmazlığı zamanı pəhriz və müalicə

Böyrək çatışmazlığı zamanı pəhriz və müalicə

Tarix: 24 Avqust 2021 07:03

Kəskin böyrək çatışmazlığının müalicəsi böyrəklərin fizioligiyasının və orqanizmdə gedən dəyişikliklərin öyrənilməsi nəaliyyətlərinə əsaslanmışdır.Bu zaman əsas məqsəd böyrəklərin itirilmiş fəaliyyətini müvəqqəti əvəz etmək,beləliklə də xəstənin ömrünü uzamaqdan ibarətdir.Bütün müalicə tədbirləri aşağıdakı qruplara ayrılır.
- gigiyenik
- pəhriz
- dərman
- böyrəklərin dekapsilasiyası
- böyrəkdən və bədəndən kənar dializ
Böyrək çatışmazlığı zamanı dəriyə və ağız boşluğuna qulluq gigiyenik tədbirlərə aiddir.Belə xəstələrin vəziyyətinin ağır olmasını nzərə alaraq,onlara fərdi qulluq eləmək lazımdır.Kəskin böyrək xəstələrinin dərisi gündə 2 dəfə komfara spirti ilə silinməlidir.
Xəstələrin pəhrizində əsas məqsəd zülalların azaldılması,kalorinin yağ və karbohidratın hesabına ödənilməsidir.Belə ki,aclıq zamanı zülalların sürəti katobolizmi baş verərək qanda azotlu maddələrin həddən çox artmasına,hiperkaliemiyaya,hiperhidratasiyaya səbəb olur.Ona görə əvvəlcə xəstənin mədəsini 2%-li natrium hidrokarbonat məhlulu ilə yuyulub təmizləndikdən sonra həmin zondla mədəyə tərkibində 50 qram şəkər və 50 qram kərə yağı qarışdırılmış məhlul yeridilir.Xəstə süni böyrək şöbəsində olduqda qidada zülalın miqdarı artırılır.Bu zaman xəstəyə veriləcək zülalın miqdarı 40-60 qram olmaqla,orqanizmdə baş verən dəyişikliklərə uyğun olaraq təyin edilir.
Xəstəliyin ilkin mərhələsində ( xüsusən şok zamanı) vena daxilinə mannitol məhlulu yeridilir.Eyni zamanda şokdan çıxdıqdan sonra xəstəyə vena daxilinə lazilks məhlulu yeridilir.Lakin xəstədə anuriya baş veririsə bu müalicəni təyin etmək olmaz.Bu zaman həkim zülal katabolizminin qarşısını almağa və qanda azot qalığının artma sürətinin azalmasına çalışmalıdır.
Kəskin böyrək çatışmazlığı zamanı əsasən damarların tonusunu saxlamaq üçün lazım olan dərman vasitələrindən istifadə edilir.
Ürəkbulanma və qusma olduqda xəstənin mədəsi yuyulur və simptomlar əleyhinə müalicə təyin edilir.
Kəskin böyrək çatışmazlığı zamanı xəstələrdə anuroya olduqda bədənə daxil olan mayenin miqdarı 300-500ml-dən artıq olmamalıdır.Bu zaman su-duz mübadiləsi pozğunluqlarının və asidozun aradan qaldırılması xüsusi əhəmiyyətə malikdir.
Kəskin böyrək çatışmazlığı xəstələrinə C və B qrup vitaminlər və qara ciyər fəaliyyətinin yaxşılaşdıran dərmanlar tətbiq edilir.
Xəstəliyin müalicəsində digər vasitələrdən də geniş istifadə olunur:
- süni diareya
- bağırsaq dializi
- qanın dəyişdirilməsi
- peritoneal dializ


Etiketlər:  Böyrək çatışmazlığı zamanı pəhriz müalicə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ