Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 13:46
Bakı şəhər sakini Vüsal Məmiyev işsizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işaxtaran və işsiz kimi müraciət də edib.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, amma əsas müraciəti başqadır - peşə kurslarına cəlb olunmaq. Məqsədi haqqında eşitdiyi bu kurslar vasitəsilə qaynaqçı peşəsinin sirlərinə bələd olub, sonradan əldə etdiyi sənədlə məhz bu istiqamətdə iş tapmaqdır. Amma dediyinə görə, artıq bir ilə yaxındır bu arzusu ürəyində qalıb.
Sözügedən problemə aydınlıq gətirmək üçün Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə problemin bir müddət öncə olan sərt karantin qaydalarından qaynaqlandığını bildirdi.