Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 13:52
2019-cu ildən fəaliyyət göstərən "Abituriyent məsləhət mərkəzləri" yaranmış problemlərlə bağlı abituriyentlərə kömək edir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı "Elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri və digər məsələlər haqqında mərkəzlərdə ödənişsiz xidmətlər göstərilir. Həmçinin bütün mərkəzlərdə "qaynar-xətt" yaradılıb və sosial şəbəkələr üzərindən edilən müraciətlərin cavablandırılması üçün nümayəndə ayrılıb.
Mərkəzin rəhbəri Asif Paşayev deyir ki, işçilərin hər biri Dövlət İmtahan Mərkəzinin treninqlərini uğurla başa vurmuş mütəxəssislərdir. Onun sözlərinə görə, bəzi abituriyentlər tez seçim etdikləri halda nəticənin uğurlu olacağını düşünərək qeyri-peşəkar şəxslərə ixtisas seçimi etdirirlər. Daha sonra mərkəzlərə yaxınlaşaraq həmin seçimin sistemdən silinməsini və yenidən seçim olunmasını istəyirlər.
Qeyd edək ki, mərkəzlər Azərbaycan, Odlar Yurdu, Bakı Biznes, Qərbi Kaspi universitetlərində hər gün 9-dan 17:00-a qədər fəaliyyət göstərir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: