Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 14:34
Şəhid baş leytenant Samid Əkbərovun xatirəsinin əbədiləşdirilməsi üçün doğulduğu Lənkəran şəhərinin Boladi kəndindəki evinin qarşısında xatirə lövhəsinin açılışı olub.Tədbirdə şəhidin ailə üzvləri, doğmaları ilə yanaşı təhsil aldığı Ali hərbi məktəbin məzunları da iştirak edib.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki,açılış mərasimində şəhidin yaxınları, onun Vətən uğrunda göstərdiyi şücaət və fədakarlığından bəhs ediblər.
Samid Asif oğlu Əkbərov Vətən müharibəsində igidliyi ilə seçilən qəhrəman oğullarımızdan biri idi. O, 1983-cü il yanvarın 23-də Lənkəran rayonunun Boladi kəndində dünyaya gəlib. Kiçik yaşlarından hərbçi olmaq istəyi onu bu fikrindən daşındıra bilməyib. Elə bu istəklə də Samid 2000- ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
Peşəkar zabit kimi yetişdikdən sonra o, könüllü olaraq cəbhəyə yollanıb. Çünki onun da hər bir azərbaycanlı kimi düşməndən alıncaq qisası var idi.
Bu müddət ərzində Samid dəfələrlə düşmənin diversiya təxribat qrupunun qarşını alaraq, onlara lazımi dərs verməyi bacarıb. Onun bir arzusu var idi, zəfər qoxulu Qarabağı düşməndən azad görmək. Nə yazıq ki, bu istək Samidə nəsib olmadı.
O, 2008-ci il noyabrın 8-də döyüş tapşırığını yerinə yetirərəkən düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhadətə qovuşub. Doğma Qarabağı azad görmək Samidə nəsib olmasa da, bu gün onun ruhu şaddır. Əziz xatirəni sonsuz sevgi və ehtiramla anırıq şəhidim.