Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 21:56
Ukraynanın "Ukrspetseksport" və Türkiyənin "THK Teknik A.Ş." şirkətləri arasında çərçivə sazişi imzalanıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, razılaşma İstanbulda keçirilən IDEF-21 müdafiə sənayesi sərgisi zamanı əldə olunub.
Müqaviləyə görə, Ukrayna şirkəti Türkiyədə Mi-17 helikopterlərinin təmiri üçün xüsusi mərkəz yaradacaq. Mərkəzdə həm Türkiyə, həm də üçüncü ölkələrin helikopterlərinə xidmət göstəriləcək.