Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Google” öz smartfonları üçün şarj cihazından imtina etdi

“Google” öz smartfonları üçün şarj cihazından imtina etdi

Tarix: 24 Avqust 2021 23:56

"Google" şirkəti öz smartfonlarını şarj cihazı olmadan komplektləşdirəcəyini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət bu yaxınlarda təqdim edilən büdcəli "Pixel 5a 5G" modelinin şarj bloku ilə birlikdə dəstləşdirilən son smartfon olacağını bəyan edib.

Payızda satışa çıxarılması gözlənilən flaqman "Pixel 6" və "Pixel 6 Pro"dan başlayaraq artıq şirkətin buraxacağı smartfonlar paketi şarj cihazsız olacaq.

Digər smartfon istehsalçıları kimi "Google" da imtinanı əksər istehlakçıların evində şarj adapteri olması ilə əlaqələndirib.

Şirkət bu addımın ekoloji faydalarını da xatırladıb.

Mütəxəssislər isə düşünürlər ki, "Google" bu qərarı verərkən ilk növbədə cihazların buraxılışına qənaəti əsas götürüb və bu, yeni reallıqdır.

Milli.Az


Etiketlər:  Google öz smartfonları üçün şarj cihazından imtina etdi


RƏYLƏR