Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə it-robot icad edilib (FOTO)

Türkiyədə it-robot icad edilib (FOTO)

Tarix: 28 Aprel 2019 17:40

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Konya vilayətində "Arat" adlı it-robot icad edilib.

Trend-in məlumatına görə, çəkisi 30 kiloqram olan robot "Akınsoft" şirkəti tərəfindən hazırlanıb. Gələcək iki il ərzində seriyalı istehsalı planlaşdırılan robotun üzərində 30 mühəndis çalışır.

Qeyd edək ki, 2018-ci ildə Türkiyədə balıq-robot icad edilib. Balıq-robotun düzəldilməsinə 360 min lirə xərclənib. Həmin robot sualtı müşahidələr aparmağa qadirdi və adi balıqdan seçilmir.

Növbəti illərdə Türkiyədə robotların yeni növlərinin yaradılması nəzərdə tutulub.


Etiketlər:  Türkiyədə it robot icad edilib FOTO


RƏYLƏR