Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 08:24
Rusiya Əfqanıstanda "Taliban" hərəkatının hakimiyyətini tanımağa tələsmir, lakin yeni reallığa fikir verməyə bilmir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin BBC telekanalının "Hard Talk" proqramına müsahibəsində bildirib.
"Biz vəziyyəti təhlil edirik. Biz hər hansı siyasi addımı qəbul etməyə və ya atmağa tələsmirik. Nə baş verdiyinə baxırıq", - o deyib.
Bununla yanaşı, diplomat xəbərdarlıq edib ki, talibləri tanımaq və onlarla dialoq aparmaq müxtəlif şeylərdir.
"Artıq bir müddətdir ki, biz taliblərlə əlaqə saxlayırıq, biz onlarla genişlənmiş "üçlük" (Rusiya, ABŞ, Çin və Pakistan -red.) formatında danışırıq", - Kelin qeyd edib.
"Onlar əfqan cəmiyyətinin bir hissəsidir, biz onlara fikir verməyə bilmərik, bu, reallıqdır. Biz onlarla danışmağa davam edirik", - deyə o əlavə edib.