Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dəniz kuboku" müsabiqəsinin ilk epizodu yerinə yetirilib - VİDEO - FOTO

Tarix: 26 Avqust 2021 11:44

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində iştirak edən hərbi dənizçilər "Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı" mərhələsinin "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə" epizodunu yerinə yetirib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə epizodun yerinə yetirilmə ardıcıllığı müəyyən edilib. Heyətlər bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdirib.

Müsabiqənin ilk epizodunun yerinə yetirilməsi üzrə beynəlxalq hakimlər kollegiyasının qərarı ilə İran və Qazaxıstan komandaları 38 balla birinci, Azərbaycan komandası 32 balla ikinci, Rusiya komandası isə 28 balla üçüncü yerə layiq görülüb.

Milli.Az


Etiketlər:  Dəniz kuboku müsabiqəsinin ilk epizodu yerinə yetirilib VİDEO FOTO


RƏYLƏR