Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda son sutkada koronavirusdan 79 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 79 nəfər ölüb

Tarix: 26 Avqust 2021 12:24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 128 yoluxma halı qeydə alınıb, 79 nəfər ölüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 532 171, xəstəlikdən ölənlərin sayı isə 7 028 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 468 917 nəfərin sağaldığı bildirilir.


Etiketlər:  Gürcüstanda sutkada koronavirusdan nəfər ölüb


RƏYLƏR