Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əbədiyyətə qovuşan vətən oğlu - VİDEO

Əbədiyyətə qovuşan vətən oğlu - VİDEO

Tarix: 26 Avqust 2021 14:06

30 yaşını şəhadətdə tamamladı Hüseyn Quliyev. Bu dəfəki doğum gününü isə tək ailə üzvləri deyil, bütün rayon ictimaiyyəti, döyüş yoldaşları və ümumən soydaşları qeyd edir. Şəhid Quliyev Hüseyn Aydın oğlu Beyləqan rayonu Örənqala qəsəbəsində anadan olub. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu olaraq fəaliyyətə başlayıb. Vətən müharibəsinin başlaması ilə yüzlərlə qəhrəman oğullarımız kimi Hüseyn də düşmənlə mübarizə aparmaq, torpaqlarımızı işğaldan azad etmək üçün savaşa atıldı.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki,döyüşlərdə şücaətlə iştirak edən Hüseyn oktyabrın 8-də şəhid olub. Ad günündə təhsil aldığı kənd orta məktəbində onun adına inşa edilən bulağın açılışı edildi.

Azərbaycanın yeni tarixini yazanlardan olan Hüseynlə indi tək ailəsi deyil, bütün el-oba fəxr edir.

Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə Hüseyn Quliyev Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", Cəbrayılın, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Əbədi qəhrəmanımıza çevrilən Hüseynin arzuları isə ondan yadigar qalan 2 övladı ilə birgə böyüyəcək.

Doğum günün mübarək vətən oğlu, Vətən qəhrəmanlarını heç vaxt unutmur!

Milli.Az


Etiketlər:  Əbədiyyətə qovuşan vətən oğlu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ