Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 22:04
Hələ bir neçə müddət bundan öncə torrentlərin yüklənməsi filmlər və oyunlar kimi multimedia fayllarının pulsuz əldə edilməsi üzrə ən çox yayılmış variantlardan biri idi. İnternetdə torrent faylların yüklənməsi məsələsində ən məşhur resurslardan biri isə The Pirate Bay saytı idi. İndi isə məlum olub ki, Sedo adlı hərrac saytı "thepiratebay.com" domenini satışa çıxardıb. Beləliklə sözügedən domeni almaq istəyən şəxs minimum 65.000$ vəsait ödəməli olacaq. Qeyd etmək lazımdır ki, domenin əvvəlki anonim sahibi onu 31.500$-a almışdı. Beləliklə hal hazırda domen ikiqat baha qiymətə satılır.
The Pirate Bay resursunun istifadəçilər arasında çox məşhur olmasını nəzərə alaraq güman etmək olar ki, domenin final qiyməti daha yüksək olacaq. The Pirate Bay yaradıcıları platformanı domen xaricində torrent fayllarla dəstəkləməyə davam edirlər. Lakin hələ bir neçə müddət bundan öncə resursun ".com" domeni də onlara aid idi və adətən istifadəçiləri resursun rəsmi ".org" domeninə yönləndirirdi. Məlumata əsasən ay ərzində platformanın ".com" domenli versiyasına 150.000 istifadəçi daxil olur. Bu isə öz növbəsində domenin yüksək qiymət ilə satılmasına səbəb olub.