Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtobuslarda dezinfeksiya məhlulu yoxa çıxıb - Açıqlama

Avtobuslarda dezinfeksiya məhlulu yoxa çıxıb - Açıqlama

Tarix: 27 Avqust 2021 15:48

Avtobuslarda dezinfeksiya məhlulu yoxa çıxıb, sürücülərin isə bəziləri maska taxmır. Xüsusən, kondisionersiz işləyən 26, 67, 33 nömrəli avtobuslarda bu hal daha çox müşahidə olunur.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobuslar daşıyıcı şirkətlərə aiddir:

"BNA tənzimləyici qurumdur. Avtobuslar və sürücülər daşıyıcı şirkətlərə aiddir. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qabaqlayıcı tədbirlər görülür. Bunlardan biri də avtobuslardakı sərnişinlərin tez-tez əllərini dezinfeksiya etməsi üçün xüsusi məhlullarla dolu qabların olmasıdır. Mütəmadi olaraq avtobuslarda monitorinqlər aparılır. Hər hansı bir avtobusda bununla bağlı çatışmazlıq olanda daşıyıcı qarşısında məsələ qaldırılır. Məsələn, ötən həftə müxtəlif marşrutlar üzrə 20-ə yaxın avtobusda belə hal müşahidə edilib. Müvafiq olaraq daşıyıcılar Agentliyə çağırılaraq onlara xəbərdarlıq edilib. Dezinfeksiya məsələsinə gəlincə, bildirim ki, pandemiyanın ilk vaxtlarından bu günədək bu iş davamlı olaraq aparılır. Hər bir daşıyıcı şirkət bu məsələdə məsuliyyət daşıyır. Hər gün avtobuslar xətdən qayıtdıqdan sonra mütləq qaydada dezinfeksiya olunmalıdır".

Milli.Az


Etiketlər:  Avtobuslarda dezinfeksiya məhlulu yoxa çıxıb Açıqlama


RƏYLƏR