Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unutqanlığa səbəb olan amillər

Unutqanlığa səbəb olan amillər

Tarix: 28 Avqust 2021 21:45

Qlobal istiləşmə insanlarda bir çox xəstəlikləri aktivləşdirə bilər. Skleroz - beyində və onurğa beynindəki sinir liflərinin qabığına təsir edən sağalmaz autoimmun xəstəlikdir. Bu tip sklerozun, qocalıq unutqanlığı və diqqət yayınması ilə heç bir əlaqəsi yoxdur. Xəstəlik 14 ilə 40 yaş arasında inkişaf edir. Mərkəzi sinir sisteminin müxtəlif hissələrinin zədələnməsi nəticəsində xəstələrdə nevroloji simptomlar yaranır.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bu xəstəliyin haradan yaranması barədə dəqiq səbəblər qurulmayıb. Çox güman ki, bu xəstəlik bir sıra xoşagəlməz amillərdən qaynaqlanır. Üstəlik, bəzi amillər xəstəliyə səbəb olmur, onu aktivləşdirir və simptomları gücləndirir. Mayami Universitetinin alimlərinin bildirdiyi kimi, bu faktorlardan biri də hava şəraitidir. Temperatur yüksələndə skleroz aktivləşir. Aimlər 2010-2013-cü illər arasında ABŞ-da bir neçə tibb müəssisəsinin statistikasını araşdırıb. Onlar xəstə müraciətlərinin tezliyini hava şəraiti ilə müqayisə edib.

Temperaturun artması, qəfil dəyişməsi, həmçinin rütubət səviyyəsindəki dəyişikliklər nəzərə alınmışdır. Ümumilikdə 530 mindən çox müraciət təhlil edilmişdir. Məlum olub ki, ən az müraciət qışda qeydə alınıb. Çox vaxt xəstəlik, isti aylarda, həm də güclü temperatur dəyişikliklərinin olduğu dövrlərdə xəstələri narahat edib. Xəstəlik əsasən, insanları temperaturun sürətlə yüksəldiyi və düşdüyü zaman narahat edir. Skleroz özünü, coğrafi baxımdan daha çox ABŞ-ın Sakit Okeanının şimal-qərbində və şimal-şərqində, eyni zamanda subtropik iqlimi olan bölgələrdə özünü göstərir. Təəssüf ki, sklerozun effektiv müalicəsi bu günə qədər yoxdur, lakin xəstəliyi ləngidən, simptomları azaldan və irəliləməyə qoymayan preparatlar mövcuddur.


Etiketlər:  Unutqanlığa səbəb olan amillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ