Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 12:46
Dağıstanın Lezginka Dövlət Akademik Rəqs Ansamblında orkestrə rəhbərlik edən Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 81 yaşında dünyasını dəyişib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dağıstanın mədəniyyət naziri Zarema Butaeva məlumat verib.
"Mutay Xadulayev koronavirusa yoluxdu və vəfat etdi. Elə bu yaxınlarda, may ayında 80 yaşı tamam olmuşdu",- deyə nazir bildirib.