Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 15:36
Sabunçu rayonu, Ramana qəsəbəsi, "südçülük sovxozu" adanan ərazidə antisanitariya hökm sürür.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, mövcud durum ərazidə yaşayan 200-ə yaxın ailəni narahat edir.
Sakinlər illərdir ki, bu problemdən əziyyət çəkdiklərini deyirlər. Onlar bildirirlər ki, üfunətdən nə evlərin pəncərələrini açmaq olur, nə də çölə çıxıb nəfəs almaq. Amma təqsirkar isə bəzi sakinlərin özləridir. Çünki yaxınlıqda yaşayan sakinlərin bəziləri zibili düz gölün ətrafına atırlar.
Sakinlərin sözlərinə görə, əraziyə nəzarət ediləcəyi deyilsə də, heç bir iş görülməyib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə əlaqə yaratdıq. Bildirildi ki, açıqlama vermək onun səlahiyyətində deyil və bazar günüdür. Səlahiyyətli nümayəndənin nömrəsini istəsək də, yenə bizə bazar gününün olduğunu xatırladaraq və şəxsin orada olmadığını bildirərək sağollaşdı.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: