Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaz balonunun içərisində 9600 ədəd siqaret aşkarlandı

Qaz balonunun içərisində 9600 ədəd siqaret aşkarlandı

Tarix: 16 Avqust 2019 16:28

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "VAZ 21093" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük baxışı zamanı sözügedən nəqliyyat vasitəsinin baqajında, yanacaq çəni üçün nəzərdə tutulan qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 9600 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  balonunun içərisində 9600 ədəd siqaret aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ