Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 03:03
İri şəhərin səs-küyü, saatlarla dayanacaqlarda gözləmək, zehni və fiziki işlə uzun müddət işləmək, istər-istəməz adamı yorur. Hətta bəzən elə zamanlar olur ki, adam işdən gəldikdən sonra ac-acına halsızlıqdan yatmaq istəyir. Əgər sizdə də belə hallar var isə yorğunsunuz. Yorğunluq illərlə istirahər etmədən özünü yalnız işinə verən adamlarda müşahidə edilir. Uzun müddət istirahət etmədən işləyən adamlarda isə xroniki yorğunluq əlamətləri meydana çıxır.
Bəs sizdə necə, xroniki yorğunluq əlamətri varmı? Kiçik bir testlə bunu yoxlamaq olar.
1. Sizin peşəniz diqqətli olmağınızı və diqqət cəmləməyinizi tələb edirmi?
2. Sizin həyatınızda stressə səbəb olacaq hadisələr çox olur?
3. Sizin xroniki xəstəliyiniz varmı?
4. Yaxşı istirahət etdikdən sonra yorğunluğunuz gedirmi?
5. Səhərlər çarpayıdan çətinliklə durusunuz?
6. Səhərlər çətinliklə ayılır və işə gecikirsiniz?
7. Az hərəkətli həyat tərziniz var?
8. Yeməyinizi yolda yeyirsiniz?
9. Hər şeyin olduğu kimi qalmasını istəyirsiniz,.yoxsa yeni həyat tərzi yaradırsınız?
10. Spirtli içki və siqaretdən istifadə edirsinizmi?
Əgər siz 5 sualdan artığına"hə" cavabı verirsinizsə, sizdə xroniki yorğunluq sindromu var. Siz tezliklə özünüzə zaman ayırıb, istirahətə çıxmalısınız.