Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rauf Məmmədov erməni şahmatçını məğlub etdi

Rauf Məmmədov erməni şahmatçını məğlub etdi

Tarix: 31 Avqust 2021 08:54

Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, qitə birinciliyinin beşinci turunda Rauf Məmmədov turnir cədvəlinin lideri Robert Hovanesyan (Ermənistan) ilə üz-üzə gəlib. Ağ fiqurlarla rəqibinə qarşı mübarizə aparan şahmatçımız qarşılaşmanı qələbə ilə başa vurub. Xalların sayını 4,5-ə çatdıran R.Məmmədov liderlər qrupunda qərarlaşıb.

Digər şahmatçılarımızdan Nicat Məmmədov Tarun Kanyamarala (İrlandiya), Nicat Abbasov Luka Nudesavlyeviç (Serbiya), Read Səmədov Tor Mari Aron (İslandiya) üzərində qələbə qazanıblar. Şahmatçılarımızdan yalnız Aydın Süleymanlı rəqibi Ventura Souzaya (Portuqaliya) uduzub.

Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız N.Məmmədov 4, N.Abasov 3,5, A.Süleymanlı, R.Səmədov 2,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.


Etiketlər:  Rauf Məmmədov erməni şahmatçını məğlub etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ