Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 15:20
Azərsu ASC: Maliyyə ayrılacağı təqdirdə məsələ müsbət həllini tapa bilər
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, 3 min nəfərdən artıq sakinin yaşadığı Qubanın Amsar kəndində 150-yə yaxın ailə içməli su problemindən əziyyət çəkir.
Sakinlər bildirir ki, yaşadıqları ərazidə artezyan yoxdur. İçməli su mənbəyi kimi bulaqlardan istifadə edilir. Lakin quraqlıq səbəbindən bulaqlar quruduğundan hazırda su onlar üçün qızıla dönüb.
Sakinlərin sözlərinə görə, hazırda məcbur qalaraq içməli suyu pulla alırlar. Bu isə onlara baha başa gəlir. Bu səbəbdən də sakinlər problemin birdəfəlik həlli üçün yaşadıqları ərazidə artezyan quyusunun qazılmasını istəyirlər.
Sakinlərin üzləşdiyi problemi Amsar Bələdiyyəsində də təsdiq etdilər. Bələdiyədən bildirildi ki, təkcə qeyd olunan ərazidə deyil eyni zamanda kəndin 3 hissəsində içməli su ilə bağlı çətinlik yaşanır. Bununla bağlı bələdiyyə tərəfindən Azərsu ASC-yə rəsmi olaraq müraciət olunub. Azərsu ASC-dən bildirilib ki, müaliyə ayrılacağı təqdirdə məsələ müsbət həllini tapa bilər. İndi sakinlərə ümidlə gözləmək düşür. Ümid edək ki, məsələ tezliklə müsbət həllini tapsın və sakinlər həyat mənbəyi olan sudan rahatlıqla istifadə edə bilsin.