Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' və ''Səbail''də ciddi itki

''Qarabağ'' və ''Səbail''də ciddi itki

Tarix: 28 Aprel 2019 20:44

Topaz Premyer Liqanın 27-ci turunda "Səbail"i qəbul edəcək "Qarabağ" oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın məlumatına görə, Ağdam klubunun aparıcı oyunçularından Abdullah Zubir sözügedən qarşılaşmada meydana çıxa bilməyəcək. Ötən tur "Zirə" ilə oyunda (3:0) rəsmi xəbərdarlıq alan Mərakeş əsilli fransız yarımmüdafiəçi sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 4-cü dəfə "sarı" görən futbolçu cəzalı duruma düşüb.

"Səbail"də isə eyni səbəbdən Ağabala Ramazanov oyunu buraxacaq. Bundan başqa, "Qəbələ" ilə matçda (2:1) zədələnərək meydanı xərəkdə tərk edən ukraynalı qapıçı Olaksandr Rıbkanın da "Qarabağ"a qarşı oynamayacağı dəqiqdir.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" oyunu mayın 5-də keçiriləcək. Qurban Qurbanovun komandası bu matçda qələbə qazanacağı halda, ən yaxın izləyicisi "Neftçi"nin oyununun nəticəsindən asılı olmayaraq, sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirəcək.
 


Etiketlər:  Qarabağ Səbaildə ciddi itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ