Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 15:38
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətində hərbi əməliyyat keçirməyə qərar verib.
Sonxeber.net report-a istinadən bildirir ki, buna səbəb müqavimət qüvvələri ilə danışıqların uğursuz olmasıdır.
Əməliyyatların başlanacağı konkret tarix məlum deyil.
Qeyd edək ki, Pəncşir vilayətində Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin müqavimət qüvvələri toplaşıb.