Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 18:22
18:19
Qvineyada qiyamçıların lideri Mamadi Dumbuya hökumətin buraxıldığını, mövcud konstitusiyanın ləğv olunduğunu elan edib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Guinee News" məlumat yayıb.
Dumbuya video-müraciətində həmçinin bildirib ki, ölkənin bütün quru və hava sərhədləri də bağlanır.
Qeyd edək ki, Qvineya prezidenti Alfa Konde qiyamçılar tərəfindən saxlanılıb.
---------
17:15
Qvineyada dövlət çevrilişinə cəhd olub.
Sonxeber.net xarici mediaya istinadən xəbər verir ki, çevrilişə cəhd daha əvvəl Fransanın əcnəbi legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuyanın başçılığı altında hərbçilər tərəfindən edilib. Paytaxt Konakridə Prezident Alfa Kondenin iqamətgahı yaxınlığında silah səsləri eşidilib. Kondeyə sadiq qüvvələr çevrilişə cəhd edən 25 hərbçini saxlayıb.
"Guinee News" portalı xəbər verir ki, hərbçilər Konakriyə gedən yolu bağlayıb.