Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 17:24
Qax rayonu ərazisində fəaliyyət göstərən hotellərdə monitorinq aparılıb.
DİN-dən Sonxeber.net-a verilən məlumata görə, planşet vasitəsilə orada qalan qonaqların COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin, hotellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb.
Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən, gələn qonaqlardan COVID-19 pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, əks təqdirdə belə hallar aşkarlanarsa, onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.