Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 09:08
İran Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə təhdid yaradacaqları təqdirdə İraq Kürdüstanı ərazisindəki terrorçu qruplaşmalara zərbələr endirə bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur bəyan edib.
Onun sözlərinə görə, terrorçular İran-İraq sərhədi bölgəsində gərginlik yaratmağa çalışırlar. Belə vəziyyətin davam etməsi isə İran tərəfindən yolverilməzdir.