Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 11:30
4-cü ixtisas qrupu üzrə qəbul imtahanında 600,8 toplayan tələbə ali məktəbə qəbul ola bilməyib. Elvina Əliyeva tibb universitetinə cəmi 3 ixtisas seçimi edib ki, onlardan da heç birinə düşməyib. Göstəricisi 500-dən yuxarı olan abituriyentlər də var ki, onlar da yüksək nəticə göstərmələrinə baxmayaraq, qəbul olmayıblar.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, 600.8 bal topladı,lakin heç bir universitetə qəbul ola bilmədi. Rastlaşdığı vəziyyət abituriyenti çıxılmaz vəziyyətə salıb.
Tibb universitetinin tələbəsi olmağı arzulayan Bakı şəhər sakini Elvina Əliyeva ixtisas seçimi zamanı 15 yox, cəmi 3 - "Tibb işi" ixtisasının rus bölməsi üzrə ödənişli və dövlət sifarişli , bir də ingilis dili üzrə yalnız ödənişli əsaslı yeri yazıb. Lakin bunlardan heç birinə düşməyib. Çəkiliş etmək istəsək də, valideynləri bununla razılaşmadılar. Bildirdilər ki, Elvinanın hazırda özünü yaxşı hiss etmir. Təfərrüatları abituriyentin anasından öyrəndik.
Sözügedən ixtisasların keçid balları isə bu il ötən il ilə müqayisədə çox yüksək olub. 374 ballıq yer bu il 602, 575 bal olan 602, 655-lik isə 666 olub. (QRAFİKA) Təhsil Eksperti Kamran Əsədov deyir ki, hər il valideynləri, həmçinin, abituriyentləri çaş-baş salaraq, səhv qərarlar qəbul etdirən sonuncu "Abituriyent 2" jurnalı olur.
Ekspertin sözlərinə görə, sözügedən abituriyent topladığı bal ilə Tibb Universitetinin digər fakültələrinə, hətta, dövlət sifarişli yerlərə qəbul ola bilərdi.
Dövlət İmtahan Mərkəzindən isə bildirildi ki, abituriyent öz istəyi ilə 3 ixtisas seçib və müsabiqədən keçməyib. Elvina Əliyeva növbəti mərhələdə boş qalan plan yerlər üzrə müsabiqədə iştirak edə bilər. Qeyd edək ki, bu il 4-cü ixtisas qrupu üzrə 500-dən yuxarı bal toplayan daha 17 abituriyent, 3-cü qrupda isə 2 abituriyent ali məktəbə qəbul ola bilməyib.