Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kabildə “Taliban” və qadınlar üz-üzə gəldilər - VİDEO

Kabildə “Taliban” və qadınlar üz-üzə gəldilər - VİDEO

Tarix: 7 Sentyabr 2021 16:02

"Taliban" hərəkatının nümayəndələri əfqan qadınların aksiyasını gözyaşardıcı qaz və elektroşoklarla dağıdıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Sputnik Gürcüstan" bu görüntüləri əks etdirən video yayımlayıb. Bildirilir ki, insident Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verib.

Qadınlardan birinin sözlərinə görə, o bu gün öz vətənində kimə müraciət edəcəyini bilmir və onun hüquqlarını da qoruyacaq heç kim yoxdur.

Qeyd edək ki, "Taliban" hərəkatı bütün Əfqanıstan ərazisinə nəzarəti ələ keçirdikdən sonra bir çox əfqan qadın gələcək talelərinin necə olacağından ehtiyat edir.

Əfqan qadınlar Kabildə və ölkənin digər şəhərlərində mitinqlər təşkil edərək öz hüquqlarına hörmət edilməsini tələb edirlər.


Etiketlər:  Kabildə Taliban qadınlar üzə gəldilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ