Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 20:25
Dünyaca məşhur müğənni Britni Spirsin atası ilə davam edən məhkəmə çəkişməsində gözlənilməz addım atılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 39 yaşlı ifaçının atası Ceymi Spirs 13 illik qəyyumluğun ləğvi ilə bağlı açılan iddiada qızının istəyini qəbul edib.
O, "şərtlərin dəyişməsi ilə bağlı suallar yarandığından qəyyumluq davam edə bilməz. Xanım Spirs məhkəmədən qəyyumluğa son verilməsini istəyərək həyatını yenidən nəzarətə götürmək istədiyini bildirdi. Öz sağlamlığı ilə bağlı qərarlar qəbul etmək istəyir, müalicəyə nə vaxt, harada və necə gedəcəyini seçmək istəyir. Karyera pulunu yoxlama və nəzarət olmadan xərcləmək istəyir. Bu şəkildə qərar verərsə, evlənmək və uşaq sahibi olmaq istəyir. Bir sözlə, qəyyum məhdudiyyətləri və məhkəmə prosesləri olmadan həyatını öz seçimləri ilə yaşamaq istəyir",- deyə qeyd edib.
Məhkəməyə təqdim olunan sənəddə isə deyilir: "Cənab Spirs dəfələrlə istədiyi hər şeyin qızı üçün ən yaxşısı olduğunu söylədi. Əgər xanım Spirs qəyyumluğun sona çatmasını istəyirsə və öz həyatı ilə məşğul olacağına inanırsa, cənab Spirs bu şansın olması lazım olduğuna inanır".
Atası qəyyumluqdan imtina üçün 2 milyon istəyir
Sənətçinin vəkili Metyu Rozenqart isə bu addımı Britninin qələbəsi kimi dəyərləndirib: "Bu tətbiq Britni Spirsin bəraətinin və qanuni zəfərinin göstəricisidir".
Vəkil müğənninin atasının bu hərəkətinin qanun qarşısında məsuliyyət və təqibdən qaçmaq məqsədi daşıdığını bildirib.
Xatırladaq ki, Spirs 2008 -ci ildən etibarən atasının himayəsindədir. Atası bütün bu müddət ərzində onun maliyyə, müalicə, şəxsi həyatı və karyerası ilə bağlı məsələlərə nəzarət edir. Keçən il Spirs qəyyumluğa etiraz etməyə çalışsa da, məhkəmədə uduzub.