Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 14:48
Səsdən sürətli (supersonik) təyyarələr hələ istifadəyə tam daxil olmasa da, onların tezliklə fəaliyyətə başlaması üçün işlər sürətləndirilib.
Sonxeber.net Sfera.az-a istinadən bildirir ki, sürəti saatda 6 500 kilometrdən çox olan belə sərnişin təyyarəsinin istifadəyə verilməsi ilə İstanbuldan Nyu-Yorka getmək bəlkə də 1 saat 40 dəqiqə çəkəcək.
Hazırda istifadə olunan təyyarələrin maksimal sürəti təxminən 800-900 kilometrdir.
Təxminlərə görə, 2030-cu ildən sonra hipersəs təyyarələri ilə hava yolu uçuşları səsdən 5-6 qat daha sürətli həyata keçiriləcək.