Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü - FOTO

Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü - FOTO

Tarix: 16 Sentyabr 2021 13:45

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi arasında növbəti görüş baş tutub.

Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı səfir Seyid Abbas Musəvi öz tvitter hesabında paylaşıb.

"Bu həftə ikinci dəfə Hikmət Hacıyevlə görüşmək şansına nail oldum. Səmimi müzakirələrimiz zamanı yaxşı əlaqələrimizin hazırki vəziyyəti və gələcəyini, həmçinin digər maraq doğuran məsələləri müzakirə etdik", - deyə səfir qeyd edib.

Xatırladaq ki, Hikmət Hacıyev sentyabrın 13-də də Seyid Abbas Musəvi ilə görüşmüşdü.


Etiketlər:  Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü FOTO


RƏYLƏR