Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 22:44
Türkiyənin "Qalatasaray" klubu avrokuboklarda növbəti oyununu keçirib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, İstanbul təmsilçisi Avropa Liqasında qrup mərhələsinə start verib.
E qrupunda yer alan Fatih Terimin yetirmələri evdə İtaliya "Latsio"su ilə qarşılaşıb. Matçın taleyini avtoqol həll edib.
Qonaqların futbolçusu Tomas Strakoşa 67-ci dəqiqədə topu öz qapısından keçirib. Bu, "Qalatasaray"a 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, qrupun I turdakı digər matçında Rusiya "Lokomotiv"i Fransa təmsilçisi "Marsel"lə görüşüb. Bu oyunda qollu heç-heçə qeydə alınıb - 1:1.