Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Difenbaxiya gülünü uşaq olan evlərdə yetişdirmək olmaz

Difenbaxiya gülünü uşaq olan evlərdə yetişdirmək olmaz

Tarix: 18 Sentyabr 2021 06:03

"Ağlayan çiçək" kimi tanınan və dibçəksevən əksər qadınların yetişdirdiyi bu bitki uşaqların zəhərlənib ölməsinə səbəb olur. Difenbaxiyanı uşaq olan evlərdə yetişdirmək olmaz!
Evlərdə böyüdülməsi asan və görüntüsü gözəl olan bu bitki azyaşlı uşaqlarda zəhərlənməyə və ölümə səbəb olur. Türkiyənin özəl universitetlərindən birinin Tıbb fakultəsi və Xəstəliklərinın Əsas Elmi şöbəsinin müdiri professor Doktor S. Ümit Sarıcısı və onun komandası tərəfindən aparılan araşdırmalar uşaqların bu bitki olan evdə böysməsinin düzgün olmadığını aşkarlanmışdır. Belə ki, araşdırmalar zamanı bu dekerativ bəzək bitkisinin əllə ovuşdurmaq, iyləmək və ağıza qoymağın uşaqlarda zəhərlənməyə və ölümə səbəb olduğu aşkara çıxarılmışdır.
Hacıtəpə Universitetinin Uşaq Xəstəliklri Dərnəyində vu elmi araşdırmalar barədə geniş müzakirələr meydana çıxmışdır. Müzəkirələrdə bu bitkinin yarpaqlarının təkibində kalsium oksalat kristallarının olduğu aşkara çıxmışdır. Belə ki, bitkinin yarpaqlarını silkələdikdə və ya yarpaqlar tərpəndikdə onlardan minllərlə kristallar kənarlara sıçrayır dəri, göz başda olmaqla toxunduqları hər yerdə yaralar əmələ gətirirlər.

Müzakirələr zamanı yarpaqların nəinki silklənməsi, hətta əllə ani toxunuşu, çeynənməsi belə dildə, dodaqlarda şişkinliyə, yanıqlara, ağrıya, boğazın tutulataq hava çatşmazlığının əmələ gəlməsinə səbəb olduğu barədə fikirlər söylənmişdir. Bu bitkinin ağıza qoyulması hətta, ağciyər çatışmazlığı əmələ gətirərək ölümə səbəb olduğu barədə qeyd edilmiş və uşaq olan evlərdə bu bitkinin yetişdiilməməsi barədə ciddi məlumatlar verilmişdir.


Etiketlər:  Difenbaxiya gülünü uşaq olan evlərdə yetişdirmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ