Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu gün tam fərqli komanda gördüm'' - Ramin Quliyev

''Bu gün tam fərqli komanda gördüm'' - Ramin Quliyev

Tarix: 18 Sentyabr 2021 23:42

"Bu oyuna 3 xal üçün köklənmişdik. Oyunun axarı yaxşı gedirdi. Müdafiədə buraxdığımız 1 səhv hər şeyi dəyişdi. Futbolçuların əzmkarlığı yaxşı idi. Qalib gələ bilərdik. Bu gün tam fərqli komanda gördüm. Həddindən artıq qələbə istəyi var idi".

Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Zirə" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

 

- Sanki ilk hissədə komandanız istəksiz görünürdü.

- Bu neçənci oyundu ki, qol buraxandan sonra tam fərqli oynayırıq. Hesab 0:0 olanda ehtiyatlı oynayırıq. Qol buraxandan sonra hcumların kəsrini artırırdıq. Bu gün komanda hücumda daha yaxşı görünürdü.

- Bu gün mövsümdə ilk xalı qazandınız və ilk qolu vurdunuz. Sizcə, bu, dönüş nöqtəsi ola bilər?

- Bəli, ola bilər. Bundan əvvəlki oyunlarda hücum xəttində problemlərimiz var idi. Sluletiç, Rodriqes komandaya qoşulmamışdı. Bu həftədən etibarən onlar da komandaya qoşulub. Növbəti oyunlarda meydanda görə bilərik.

- Belə söhbətlər var idi ki, bu gün məğlub olsanız, istefaya göndərilə bilərdiniz.

- Bu tez-tez təkrarlanır. Məni bura gətirən rəhbərlik var. Bu gün onların dəstəyini artıqlaması ilə görürəm. Bu dəstək bizə inam verir. Rəhbərliyin mənə, mənim komandaya inamım çoxdur.


Etiketlər:  gün fərqli komanda gördüm Ramin Quliyev


RƏYLƏR