Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2021 14:00
Yunanıstanla müharibə olacağı təqdirdə Türkiyənin əsas yerüstü hədəfi Saloniki şəhəri olacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə istefada olan türk generalı Ərdoğan Qaraquş deyib.
O xatırladıb ki, Yunanıstan ABŞ-ın müttəfiqi olaraq öz ərazisini Amerika hərbi bazasının yerləşdirilməsi üçün təmin edib. Onlardan biri Trakyanın Alekandropolis şəhəri yaxınlığında yerləşir.
Qaraquşun sözlərinə görə, bu forpost tam təchiz olunub və Türkiyə ordusunun quru əməliyyatını əngəlləməyə hazırdır.
Təqaüddə olan hərbçi Afinanın da İstanbulu ələ keçirməyə çalışacağını söyləyib.