Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı meri polis generalına vəzifə verdi

Bakı meri polis generalına vəzifə verdi

Tarix: 20 Sentyabr 2021 14:28

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.

Milli.Az "Qaynarinfo"ya istinadən məlumatına görə, Eldar Əzizovun müvafiq əmri ilə polis general-mayoru Sahib Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müşaviri təyin olunub.

Qeyd edək ki, polis general-mayoru Sahib Mirzəyev bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi olub. O, ötən ilin iyulunda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Milli.Az


Etiketlər:  Bakı meri polis generalına vəzifə verdi


RƏYLƏR