Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp ''Google'' şirkətini seçkiləri manipulyasiya etməkdə ittiham edib

Tramp ''Google'' şirkətini seçkiləri manipulyasiya etməkdə ittiham edib

Tarix: 20 Avqust 2019 01:20

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp "Google" şirkətini 2016-cı ildə keçirilən seçkilərdə manipulyasiya etməkdə ittiham edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp öz "Twitter" hesabında yazıb.

ABŞ prezidenti bildirib: "İndicə hesabat çıxdı! 2016-cı ildə keçirilən seçkilərdə "Google" manipulyasiya yolu ilə Hillari Klintona 2,6 milyondan 16 milyona qədər səs əlavə edib! Bunu Trampın yox, Klintonun tərəfdarı dərc edir! "Google" şirkətini məhkəməyə vermək lazımdır. Mənim qələbəm düşünüldüyündəndə böyük olub!".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tramp Google şirkətini seçkiləri manipulyasiya etməkdə ittiham edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ