Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda TEKNOFEST təşkil olunacaq - Bayraktar açıqladı

Azərbaycanda TEKNOFEST təşkil olunacaq - Bayraktar açıqladı

Tarix: 21 Sentyabr 2021 08:18

"Bu il Aviasiya, Kosmik və Texnologiya Festivalına (TEKNOFEST) Azərbaycandan əvvəlki illərdən daha çox iştirakçı qatılıb".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar Teknoloji" şirkətinin texniki direktoru Selçuk Bayraktar TEKNOFEST-in builki təqdimatında deyib.

"Xüsusən Qarabağ zəfərindən sonra iştirak artıb. Azərbaycanlı pilotların idarə etdiyi MIG-29 təyyarələrinin iştirakı ilə İstanbul boğazı səmalarında türk təyyarələri ilə birgə möhtəşəm bir nümayiş gerçəkləşdirildi.

2022-ci ildə Azərbaycanda da TEKNOFEST təşkil olunacaq", - Bayraktar bildirib.

Qeyd edək ki, "TEKNOFEST-2021" festivalı 21-26 sentyabr tarixlərində İstanbulda baş tutacaq.

Milli.Az


Etiketlər:  Azərbaycanda TEKNOFEST təşkil olunacaq Bayraktar açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ