Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 08:50
Şahmat üzrə "Hou Yifan Challenge" adlı turnirdə daha dörd turun oyunları keçirilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında - 10-cu turda Leya Qarifullina (Rusiya) üzərində qələbə qazansa da, növbəti iki turda - Balaji Dagupati (ABŞ) və Vayşali Rameşbabuya (Hindistan) məğlub olub. Yuner Zhu (Çin) ilə son qarşılaşmanı isə şahmatçımız qələbə ilə başa vurub.
Aktivində 3,5 xal olan G.Məmmədzadə 16-cı pillədə yer alır.
Turnirdə iki komandanın - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparır.