Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 18:35
Xərçənglə mübarizə aparan türkiyəli məşhur aktrisa Canan Ergüder uzun müddətdən sonra obyektivlərə tuş gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa rol aldığı "Sadan hanım" sənədli filminin qala gecəsinə qatılıb. O, ekran işində ölümündən 4 il əvvəl tanış olduğu alzheimer xəstəliyindən əziyyət çəkən Sadan Ünüvarın həyatını canlandırıb.
Təqdimat gecəsində kameralar önünə keçən aktrisa səhhəti ilə bağlı sualları cavablandırıb:
"Yaxşıyam, sağalıram. Çətin prosesdir... Müalicəm bitmək üzrədir. Kimyaterapiyam bitdi, radioterapiyam da bitmək üzərədir".
Qeyd edək ki, sənətçi son olaraq "Menajerimi ara" serialında rol alıb. O, xəstələyinə görə ekran işindən ayrılmaq məcburiyyətində qalmışdı.