Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qida Təhlükəsizliyi İnstitutu baytar həkim vəzifələrinə işə qəbul elan edir

Qida Təhlükəsizliyi İnstitutu baytar həkim vəzifələrinə işə qəbul elan edir

Tarix: 20 Avqust 2019 10:56

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyi nəzarət məntəqələri sahəsində həyata keçirilən uzunmüddətli layihə çərçivəsində baytar həkim vəzifələrinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- qida və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın zəruri baytar-sanitar keyfiyyətinin təminatına zəmanət vermək;

- mərkəzi və yerli icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, tabeliyindən və mülkiyyət formalarından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, beynəlxalq təşkilatlar, xarici hüquqi şəxslər, heyvan və heyvandarlıq məhsullarının sahibləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının baytarlıq təbabəti qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək;

- Azərbaycan Respublikasının ərazisini xarici dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmasında iştirak etmək;

- ətraf mühiti çirklənmədən mühafizə etmək işinə köməklik göstərmək;

- baytarlıq elminin inkişafını və nailiyyətlərinin tətbiqini təmin etmək.

Namizədə tələblər:

Baytarlıq sahəsində qanunvericiliyi və Azərbaycan Respublikasının Qanunlarını bilməli; İnzibati ərazi vahidlərinin iqtisadi potensialları haqqında məlumatlı olmalı; Ali təhsil tələbi: Bakalavriat səviyyəsi – Baytarlıq təbabəti. Magistratura səviyyəsi arzuolunandır.

Təcrübəyə dair tələb: Mütəxəssis vəzifələrində minimum 3 illik iş təcrübəsi;

Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır; Yaş həddi: 45-dək

Şərtlər:

İş qrafiki: Tam iş günü. Əmək haqqı 600-800 manat.

Üstünlüklər:

Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ layihəsi-Baytar həkim” yazaraq 15.09.2019 tarixinə qədər [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.

Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır.

Suallar ilə bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz:

+99412 377-00-20 (532) İnsan resursları və sənədlər ilə iş şöbəsi

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qida Təhlükəsizliyi İnstitutu baytar həkim vəzifələrinə işə qəbul elan edir


RƏYLƏR